Britaniya “qısa müddətli perspektivdə” Ukraynaya döyüş təyyarələri göndərməyəcək. Eyni zamanda, gələcəkdə təyyarələrin tədarükünü də istisna etmək olmaz.
Qaziler.az bildirir ki, bu barədə Britaniyanın müdafiə naziri Ben Uollesin Sky News-a deyib.
Onun sözlərinə görə, Birləşmiş Krallıq əmin olmalıdır ki, o, hər hansı silahı Ukraynaya göndərərsə onunla birlikdə ukraynalı döyüşçülərə təlim və imkanları da təmin edəcək.
Amma söhbət qırıcı təyyarələrdən gedirsə, bu, ölkəyə “yüzlərlə insanın” göndərilməsi deməkdir və “Qərb Ukraynaya belə miqyasda qoşun yeritmək fikrində deyil”.
QAZİLER.AZ