İtki və dağıntı haqda məlumat yoxdu
Tacikistanın Fövqəladə Hallar Komitəsindən verilən məlumata görə ölkənin şərq hissəsində gün ərzində 8 zəlzələ qeydə alınıb.
Kataklizm nəticəsində ölən və yeraltı təkanlardan sonra ölkədə dağıntı olmadığı dəqiqləşdirilib.
İlk təkanlar yerli vaxtla saat 05:37-də (Moskva vaxtı ilə 03:37) qeydə alınıb, zəlzələnin episentri Murqab rayon mərkəzindən 67 kilometr qərbdə, Düşənbə şəhərindən 400 kilometr cənub-şərqdə və Sarez gölündən 30 kilometr şərqdə olub. Zəlzələnin episentrində maqnitudası 6,8 bal, ocağı isə 20,5 kilometr dərinlikdə yerləşib.
QAZİLER.AZ