Macarıstanda sərhədi qanunsuz keçdiyinə görə 9,3 mindən çox insan saxlanılıb

Macarıstanda sərhədi qanunsuz keçdiyinə görə 9,3 mindən çox insan saxlanılıb backend

Sentyabrın 14-də Macarıstan polisi sərhədi qanunsuz keçməyə cəhd edən 9380 nəfəri saxlayıb.

AZƏRTAC xəbər verir ki, saxlanılanların 13 nəfəri "qanunsuz yolla insan daşımaqda" ittiham edilir, 5 mühacir barədə isə sənəd saxtakarlığına görə cinayət işi açılıb.

Gecə yarısından başlayaraq Macarıstanda parlament tərəfindən qəbul edilən və mühacirlər barədə qanunvericiliyi sərtləşdirən düzəlişlər paketi qüvvəyə minib. Düzəlişlər dövlət hüdudlarının qorunmasında ordunun iştirakını, sərhədi qanunsuz keçənlərin məsuliyyətə cəlb olunmasını və sığınacaq verilməsi barədə ərizələrin qəbul edilməsi prosedurunun sürətləndirilməsini nəzərdə tutur.
Diaspora