Rusiya prezidenti Vladimir Putin 2022-ci il sentyabrın 30-na qədər Donbasda döyüşən və yaralandığı üçün hərbi xidmətdən uzaqlaşan bütün hərbiçilərə veteran statusu verəcəyini vəd edib.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, Putin xüsusi əməliyyatda iştirak edən yeni rayonların sakinlərinin veteranlarla bərabərləşdirilməsi məsələsinin həll olunacağını əmin edib. Dövlət başçısı həmçinin bildirib ki, xüsusi hərbi əməliyyatlarda həlak olan hərbiçilərin və veteranların ailələrinə dəstək məqsədilə yaradılan fond birbaşa hökumətə tabe olacaq.
Təbii ki, bunlar öz xalqının mənafeyi, vətəninin, torpağının mənafeyi uğrunda az qala təkbaşına mübarizə aparmış, torpağı uğrunda vuruşmuş insanlardır. İndi onların hamısı Rusiya vətəndaşı olublar və təbii ki, biz onları dəstəkləməli və dəstəklənəcək insanlar siyahısına daxil etməliyik və edəcəyik”, - Putin Naməlum Əsgərin məzarında əklil qoyma mərasiminin iştirakçıları ilə söhbəti zamanı deyib.
QAZİLER.AZ