Qərb Rusiyadan əvvəl xəritədən SİLİNƏCƏK - Sergey Ryabkov

Qərb Rusiyadan əvvəl xəritədən SİLİNƏCƏK - Sergey Ryabkov backend

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Qərbin Rusiyanın dünya xəritəsindən silinməsinə çalışdığını, lakin onun Rusiyadan əvvəl silinəcəyini bildirib.

Qaziler.az “Sputnik Türkiyə”yə istinadla xəbər verir ki, bu barədə Sergey Ryabkov "Rossiya 1" televiziyasına danışarkən deyib.

"ABŞ Moskvanın öz həqiqətlərini hər şəraitdə müdafiə etmək əzmini başa düşməlidir. Bu gün təkcə Vaşinqtonda deyil, digər Qərb paytaxtlarında da səs-küy salanlar xəyallarında Rusiyanın dünya xəritəsindən silinməsini istəyirlər, amma bu olmayacaq. Onlar bizdən daha tez yox olacaqlar” - Ryabkov deyib.

Ryabkov Strateji Silahların Azaldılması üzrə Yeni Müqavilədə (START) iştirakını dayandıran Rusiyanın nüvə müharibəsinə yaxınlaşmadığını qeyd edib.

"Gərginliyi ehtiyatsızcasına, son dərəcə dağıdıcı, məsuliyyətsiz şəkildə artırmağa davam edənlər, əl qaldıranlar, vəziyyəti gərginləşdirənlər dünyanı nüvə müharibəsinə yaxınlaşdıra bilərlər. Bunlar ABŞ və onun əlaltılarıdır. Dünyanı belə bir fəlakətin astanasına gətirən bu adamlardır. Biz həm qapalı kanallarla, həm də ictimaiyyət qarşısında xəbərdarlıq etdik”, - o vurğulayıb.

QAZİLER.AZ

Diaspora