Türkiyənin zəlzələdən əziyyət çəkən bölgəsinə axtarış-xilasetmə qrupu göndərən Sudan 16 nəfərin həyatını xilas etməyi bacarıb.
Qaziler.az xəbər verir ki, artıq ölkələrinə geri qayıdan suanlı xilasedicilər öz təəssüratlarını paylaşıblar.
Axtarış-xilasetmə qrupunun komandiri, briqada generalı Almatri Ahmed zəlzələ bölgəsində qarşılaşdığı mənzərəni, türk xalqının həmrəyliyini və qonaqpərvərliyini yüksək qiymətləndirib.
“Xəbərlərdəki görüntülərdən və danışılanlardan daha böyük bir faciə ilə qarşılaşdıq. Mənzərə olduqca qorxunc idi. İşimiz asan deyildi, ancaq türk xalqı hər məsələdə dəstək olub böyük bir həmrəylik göstərdi. Bu fəaliyyətin bir parçası olduğumuz üçün xoşbəxt və qürurluyuq. Allah Türkiyə dövlətinə və xalqına bir daha belə fəlakətlər yaşatmasın”, - briqada başçısı deyib.
Məlumatda qeyd edilir ki, Sudan Türkiyədəki zəlzələdən sonra fevralın 10-da 7-si səhiyyə işçisi, 40 nəfəri xilasedici olmaqla qıda, çadır və humanitar yardımla birlikdə Türkiyəyə gəlmişdi.
QAZİLER.AZ