Kreml hələ də Ukraynadakı məğlubiyyəti qəbul etməyə hazır deyil, ona görə də axını öz xeyrinə çevirmək üçün yeni səfərbərlik dalğaları keçirə bilər.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bunu Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kal deyib.
Onun fikrincə, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə sülh danışıqlarına hazır deyil və say üstünlüyünə arxalanaraq hərbi uğur qazanmağa çalışacaq.
Kal qeyd edib ki, Kreml Ukraynaya öz iradəsini yalnız cəbhəyə daha da çox adam göndərməklə tətbiq edə bilər. Payızda səfərbər olunan 300 mindən çox insan kifayət etməyə bilər.
QAZİLER.AZ