Yəmənin paytaxtına hava zərbəsi - 10 nəfər öldü

Yəmənin paytaxtına hava zərbəsi - 10 nəfər öldü backend

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin paytaxtı Sənaya hava zərbələri endirib. Bombardıman nəticəsində 10 nəfər ölüb.

Onlardan 7-nin bir ailənin üzvü olduğu bildirilir.

Məlumata əsasən, hədəfdə paytaxtın cənubunda yerləşən hökumət binası olub.

Qeyd edək ki, BMT baş katibinin xüsusi elçisi İsmayil Uld Şeyx Əhməd Yəmən hökuməti ilə görüşmək məqsədilə Səudiyyə Ərəbistanına gedəcək. Xatırladaq ki, sentyabrın 10-da Şeyx Əhməd bəyan etmişdi ki, Yəmən hökuməti, “Ənsər Allah” (husilər) hərəkatı və sabiq prezident Əli Abdulla Salehin Ümummilli Xalq Konqresi sülh danışıqlarının aparılmasına razılıq veriblər.
Diaspora