Duda Baydendən nə istədiyini açıqlayıb

Duda Baydendən nə istədiyini açıqlayıb backend

Polşa prezidenti Anjey Duda amerikalı həmkarı Co Baydenə ölkəsinin ərazisinə ABŞ silahlarının yerləşdirilməsini təklif edib.

Qaziler.az “news.ru”ya istinadla xbər verir ki, Polşa lideri bu barədə TVN-ə deyib. O bildirib ki, Ağ Evin sahibi onun ideyasına böyük diqqətlə yanaşıb.

Duda vurğulayıb ki, Birləşmiş Ştatlar ordusu artıq Polşada iki formatda iştirak edir. Bunlardan biri NATO-ya üzvlük, digəri isə Varşava və Vaşinqton arasında ikitərəfli razılaşma əsasında nəzərdə tutulub.

Qeyd edək ki, fevralın 22-də Bayden Polşaya səfərini başa vurub və  Duda ilə danışıqlar aparıb. İki gün əvvəl isə ABŞ prezidenti gözlənilməz səfərlə getdiyi Ukraynadan qatarla Rzeşov şəhərinə gəlib.

QAZİLER.AZ

Diaspora