“Federal Məclisə müraciətində çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin bədən hərəkətləri ilə güc və qüdrət nümayiş etdirib. Demək olar ki, bütün çıxışı boyunca üzündə ciddi bir ifadə saxlayıb. Bu, özünü idarə etmənin əlamətidir”.
Qaziler.az xəbər verir ki, bu barədə alman dili üzrə ekspert Veronika Lanqutt “Bild”ə müsahibəsində deyib.Mütəxəssis qeyd edib ki, iki saatlıq çıxışı zamanı Putin dodaqlarını büzərkən cəmi iki dəfə gülümsəyib:
“Dövlət başçısı jest edərkən sol əlindən daha tez-tez istifadə edirdi ki, bu da onun tamaşaçılarla emosional yaxınlıq arzusundan xəbər verir”, - Lanqutt izah edib.
Lanqutt Putinin ABŞ haqqında danışarkən bir neçə dəfə başını qaldırıb oradakılara baxmasına və qaşlarını çatmasına xüsusi diqqət çəkib. Onun sözlərinə görə, bu texnika onun sözlərinin əhəmiyyətini vurğulamaq olub.
Lanquttun sözlərinə görə, çıxışı zamanı Putin dodaqlarını büzərkən cəmi iki dəfə gülümsəyib. Bu da onun mükəmməl soyuqqanlı olmasından xəbər verir.
QAZİLER.AZ