Finlandiya: Hər şey Türkiyənin əlindədir!

Finlandiya:  Hər şey Türkiyənin əlindədir! backend

Finlandiya prezidenti Sauli Niinisto İsveçlə birlikdə NATO-ya üzv olmaq istədiklərini, lakin bunun Türkiyənin əlində olduğunu bildirib.

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, Niinistö İsveçin Harpsund şəhərində İsveçin baş naziri Ulf Kristersson və Norveçin baş naziri Gahr Store ilə görüşüb. Liderlər görüşdən sonra mətbuat konfransı keçiriblər.

"Finlandiyanın NATO-ya üzvlük prosesi İsveçlə birlikdə davam edir. Biz İsveçlə birlikdə NATO-ya daxil olmaq istəyirik. Ancaq bununla bağlı heç nə edə bilmirik, bunu təsdiqləmək Türkiyənin əlindədir. Hazırda Türkiyənin nə düşündüyünü bilmirəm", Sauli Niinistö açıqlamasında qeyd edib.

QAZİLER.AZ

Diaspora