Qətər Dünya Kubokundan qalan azarkeşlərin evlərini Türkiyəyə göndərir

Qətər Dünya Kubokundan qalan azarkeşlərin evlərini Türkiyəyə göndərir backend

Qətər hakimiyyəti dünya çempionatından qalan 10 min mobil evi Türkiyəyə göndərəcək.

Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat verib. Nəşrin məlumatına görə, mənzillər zəlzələdən zərərçəkənlərin müvəqqəti yerləşdirilməsi üçün istifadə olunacaq.

Məlumatda qeyd edilib ki, mobil evlərin ilk partiyası martın 3-də gəlməlidir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 12-də İstanbulda Qətər əmiri Təmim bin Həməd Al Sani ilə bu barədə razılığa gəlib.

Xatırladaq ki, fevralın 6-da səhər saatlarında Türkiyənin cənub-şərqində 7,7 bal gücündə zəlzələ baş verib. Bu faciə 1939-cu ildən bəri ölkədə baş verən ən güclü zəlzələ olub. Son məlumatlara görə, zəlzələ qurbanlarının sayı 41 156 nəfərə çatıb.

QAZİLER.AZ

Diaspora