Volqoqradda yerləşən Aleksandr Nevski kafedralının ziyarətçisi ikona qarşısında dua etdikdən sonra ölüb.
Qaziler.az xəbər verir ki, bu barədə V1.RU Mərkəzi İstintaq İdarəsinin rəisi Vladimir Surova məlumat verib.
Onun sözlərinə görə, 75 yaşlı kişi infarkt keçirib, bu zaman yıxılaraq kəllə-beyin travması alıb.
Məlum olub ki, kişinin ürəyində problem olub, lakin o, bundan ölməyib. Tibbi ekspertizanın nəticələrinə görə, kişinin ölümünün səbəbi kilsədə yıxılarkən aldığı kəllə-beyin travması olub”, - Surov açıqlamasında deyib.
KİV-in məlumatına görə, faciə səhər saat 8 radələrində baş verib. Kilsənin kameralarına düşən görüntülərdən görünür ki, həmin şəxs ikonalara yaxınlaşaraq dua edib, sonra yerə yıxılıb. Tez təcili yardım çağırılıb, həkimlər gəlməzdən əvvəl təqaüdçüyə kömək etməyə çalışsalar da o dünyasını dəyişib.
QAZİLER.AZ