Saakaşvilinin xaricdə müalicəsi tələbi ilə aksiya elan olundu

Saakaşvilinin xaricdə müalicəsi tələbi ilə aksiya elan olundu backend

Hakimiyyət isə susur...

Sabah 23 fevral tarixində, saat 13:00-da “Vahid Milli Hərəkat” partiyasının üzvləri və tərəfdarları keçmiş prezident Mixeil Saakaşvilinin xaricə müalicə üçün köçürülməsi tələbi ilə Marneuli meriyası önündə etiraz aksiyası keçirəcək. Bu barədə partiya nümayəndələri məlumat verib. Məlumata əsasən, etiraz aksiyası Marneulidən başqa digər bir sıra rayonlarda da keçiriləcək.

Hakimiyyət isə hələki Saakaşvilinin xaricdə müalicəsinə icazə verməyə tələsmir. Gürcüstanın ədliyyə naziri isə ötən gün açıqlama verdi ki, Gürcüstanda da Saakaşvilinin müalicəsinə hər cür şərait var, sadəcə, o, aradan çıxmaq istəyir və s.

Qaziler.az

loading...
Diaspora