Qərb ölkələrinin rus xalqına hücum etmək, dövlətini məhv etmək planları yoxdur.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna ABŞ prezidenti Co Baydenin Varşavadakı çıxışına istinadən xəbər verir.
"Bu gün mən yenidən rusiyalılara müraciət edirəm. ABŞ və Avropa dövlətləri Rusiyanı məhv etməyə çalışmır, Qərb isə rus xalqına hücum etmək fikrində deyil. Milyonlarla rusiyalı dinc yaşamaq istərdi, onlar bizim düşmənimiz deyil. Bu faciədir və bu seçimi Putin (Rusiya diktatoru Vladimir Putin – red.) edib”, - deyə Bayden vurğulayıb.
O xatırladıb ki, Kreml rəhbəri qoşunlarının çıxarılması ilə Ukraynaya qarşı bu müharibəni bir sözlə bitirə bilər.
QAZİLER.AZ