ABŞ Rusiyadan nüvə müharibəsinə başlamamağı xahiş etdi

ABŞ Rusiyadan nüvə müharibəsinə başlamamağı xahiş etdi backend

“ABŞ Rusiyanı nüvə müharibəsi aparmamaq üzrə öhdəliklərinə əməl etməyə və Ukraynadakı münaqişəyə baxmayaraq, bu sahədə məsuliyyətli davranmağa çağırır”.

Qaziler.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözcüsü Ned Prays CNN telekanalında Rusiyanın Strateji Hücum Silahlarının ixtisarı haqqında Müqavilədən çıxmasını şərh edərkən deyib.

O, həmçinin Moskvanı nüvə silahlarının “şaqqıltısını” dayandırmağa çağırıb.

Nüvə müharibəsi aparılmamalıdır və burada qaliblər ola bilməz. Biz hələ də buna ürəkdən inanırıq və ruslar özləri də son aylarda buna sadiq olduqlarını təsdiqləyiblər. Biz rusları buna (öhdəliyə) sadiq qalmağa çağırırıq”, - Prays bildirib.

QAZİLER.AZ

Diaspora