Baydenlə Duda arasındakı görüşün görüntüləri yayıldı - VİDEO

Baydenlə Duda arasındakı görüşün görüntüləri yayıldı - VİDEO backend

Polşa və ABŞ prezidentləri Anjey Duda və Co Bayden Rzeşov şəhərində görüşüblər.

Qaziler.az “news.ru”ya istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb. Videoda Polşa liderinin prezident kortejində Baydenlə necə görüşdüyü göstərilir.

Baydenin fevralın 21-də Buxarest doqquzluğu” ölkələrinin görüşündə iştirak etməsi planlaşdırılır.

ABŞ prezidentinin Polşaya səfəri fevralın 22-dək davam edəcək.

Ölkənin paytaxtında Baydenin gəlişi ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib, Varşava küçələrinə əlavə polis qüvvələri çıxarılıb, silah gəzdirmək isəqadağan edilib.

QAZİLER.AZ

Diaspora