Türkiyəyə gələn və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əməliyyatlarına dəstək verən, axtarış-xilasetmə işlərində iştirak edən ABŞ-nin xilasetmə qrupu ölkələrinə qayıdıb.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, amerikalı xilasedicilər 77 ton xüsusi texnika daşıyan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki C-17 “Globemaster III” təyyarəsi ilə ABŞ vaxtı ilə gecə saatlarında paytaxt Vaşinqtonda eniş edib.
Təxminən 12 gündür zəlzələ bölgəsində dağıntılar altında axtarış-xilasetmə işləri aparan qrupu Türkiyənin ABŞ-dakı səfiri Murat Mercan və ailə üzvləri ilə birlikdə qarşılayıb.
Qeyd edək ki, ABŞ Nəqliyyat Komandanlığı, ABŞ Avropa Komandanlığı və ABŞ Avropa Hava Qüvvələrinin koordinasiyası ilə 159 Şəhər Axtarış və Xilasetmə əməkdaşı və 12 hərbi it ilə bölgələrdə axtarış işləri aparıblar.
QAZİLER.AZ