Rusiyaya məxsus kosmik gəminin qalıqları Sakit okeana düşüb

Rusiyaya məxsus kosmik gəminin qalıqları Sakit okeana düşüb backend

Rusiya “Progress MS-21” yük gəmisinin qalıqlarının Sakit okeana düşdüyünü açıqlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Federal Kosmik Agentliyi Roskosmos məlumat verib.

Roskosmos bildirib ki, “Progress MS-21” yük gəmisi şənbə günü Beynəlxalq Kosmik Stansiyanın (BKS) Rusiya bölməsini tərk edib, bazar günü isə onun yanmamış komponentləri Sakit Okeana düşüb.

Kosmik gəmidə fevralın 11-də soyuducusunda maye sızıntısı olub, lakin bu, stansiyada işləyən astronavtların təhlükəsizliyinə əngəl yaratmayıb.

Qeyd edilib ki, 2022-ci ilin oktyabrında orbitə buraxılan “Progress MS-21” yük gəmisi kosmik stansiyaya 2,5 tondan çox material gətirib.

QAZİLER.AZ

Diaspora