“Google” və “ Twitter” birgə xəbər xidməti yaradır

“Google” və “ Twitter” birgə xəbər xidməti yaradır backend

ABŞ-ın “Google” və “ Twitter” korporasiyaları müştərək olaraq mobil avadanlıqlar üçün məlumat-xəbər xidmətini istifadəyə verəcək.


İKT.Lent.az-ın “Business İnsider” portalına istinadən verdiyi xəbərə görə, bu əlavənin əsas özəlliklərindən biri budur ki, bu proqram vasitəsilə müxtəlif KİV-lər sərbəst olaraq öz materiallarını “Google” və “ Twitter”in internet resurslarında yerləşdirmək imkanı əldə edəcəklər. Bu materiallar “Google” və “ Twitter” səhifələrində ani olaraq tam həcmdə yerləşdiriləcək.

Xatırladaq ki, bu günlərdə Rusiyanın kommunikasiyalar və rabitə naziri Nikolay Nikiforov məmurlara şəxsi yazışmalar üçün “Google” və WhatsApp” xidmətlərindən imtina etmələri ilə bağlı çağırış edib.
Diaspora