Böyük Britaniya kralı III Çarlz İngiltərənin cənubunda yerləşən Uiltşir qraflığında Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçularının təliminə baş çəkib.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə fevralın 20-də Odessa hərbi administrasiyasının spikeri Sergey Bratçuk bildirib. O, bununla bağlı videonu yayımlayıb.
Kadrda Böyük Britaniya kralı III Çarlz hərbi təlimatçıların yanında gəzir. O, təlimlərin necə getdiyini və Ukrayna Silahlı Qüvvələrinin Qərb silahlarına nəzarəti mənimsəyə bilib-bilməyəcəyini şəxsən yoxlamaq qərarına gəlib.
QAZİLER.AZ