Zelenski Kiyevdəki görüşdə Baydeni təhqir edib?

Zelenski Kiyevdəki görüşdə  Baydeni təhqir edib? backend

Ukrayna prezidenti Volodimir Zelenskinin xarici görünüşü Kiyevə səfər edən ABŞ lideri Co Baydenə qarşı təhqir idi.

Qaziler.az “news.ru”ya istinadla xəbər verir ki, bu fikri konqresmen Marcori Taylor Green şəxsi “Twitter hesabında bildirib. Onun sözlərinə görə, ABŞ prezidenti ilə görüşərkən Ukrayna lideri qalstuk taxmalı idi.

Zelenski ABŞ prezidentini salamlayarkən belə qalstuk taxa bilmirdi? O, pulumuzu götürərək kapüşonlu köynəklərə məmnuniyyətlə xərcləyir, lakin Bayden rəsmi geyinib. Bu qarşılanma çox təhqiramizdir”, - deyə konqresmen yazıb.

Co Bayden fevralın 20-də Ukraynanın paytaxtına səfər edib. “The New York Times” qəzetinin yazdığına görə, ABŞ prezidenti Kiyevə Polşadan qatarla gəlib və əvvəlcədən xəbər vermədən Vaşinqtonu tərk edib. Ağ Evin daha əvvəl dərc etdiyi rəsmi cədvələ görə, Bayden həmin gün ABŞ paytaxtında olmalı idi. Səfərin təhlükəsizlik baxımından gizli planlaşdırıldığı qeyd edilir.

QAZİLER.AZ

Diaspora