Martın 8-dək Rusiya güllərlə necə təmin olunacaq?

Martın 8-dək Rusiya güllərlə necə təmin olunacaq? backend

"Bu il 8 Mart Beynəlxalq Qadınlar Günü üçün gül qıtlığı olmayacaq".

Qaziler.az "news.ru"ya istinadla xəbər verir ki, bu barədə “İnterfaks”ın Moskva və Tula vilayətləri üzrə departamentin rəhbəri Yevgeni Antonov “İnterfaks”a bildirib. Onun sözlərinə görə, idarənin tabeliyində olan rayonlarda 70 milyona yaxın lalə yetişdirilir.

"Bayram günlərində çiçəklərə tələbat ənənəvi olaraq artır. Ancaq son bir neçə il ərzində rus istehlakçısını çiçəklərlə təmin etmək imkanı əhəmiyyətli dərəcədə artmışdır. Moskva vilayətində iki təsərrüfatda gül üçün 22 hektar torpaq sahəsi verilib, Tula vilayətində qızılgül, xrizantema, gerbera yetişdirilən istixanalar (3 hektar) var", - Antonov bildirib. 

Eyni zamanda, o qeyd edib ki, Rusiya Federasiyasına qarşı sanksiyalar güllərə şamil olunmadığından xaricdən gətirilən lalələr də satışa çıxarılacaq.

QAZİLER.AZ

Diaspora