Anadolu Agentliyi hədəyə məruz qalıb

Anadolu Agentliyi  hədəyə məruz qalıb backend

Anadolu Agentliyinin Diyarbəkir bürosu bir qrup naməlum şəxs tərəfindən hədəyə məruz qalıb.



Agentliyin məlumatına görə, Diyarbəkir Vilayətinin Mərkəzi Sur rayonundakı fövqəladə vəziyyət aradan qaldırılandan sonra Anadolunun bu rayondakı Dağqapı meydanında çəkiliş aparan operatoru bir qrup şəxs tərəfindən təhqirə və hədəyə məruz qalıb. Naməlum şəxslər Agentliyin Diyarbəkir bürosu haqqında təhdid dolu ifadələr işlədiblər. Baş verənlər təhlükəsizlik kameraları tərəfindən lentə alınıb. Bildirilir ki, Diyarbəkir bürosunun qarşılaşdığı təhdidin səbəbi “Sözçü” qəzetinin Agentlik barədə manşetə çıxardığı qərəzli yazıdır.
Diaspora