ABŞ lideri Cozef Bayden 20-22 fevral tarixlərində Polşaya səfər edəcəyi bildirilmişdi. Lakin bu səfərdən əvvəl Bayden ani şəkildə Ukraynaya gedib.
Qaziler.az Türkiyə mediasına isitinadla xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin başlamasının birinci ildönümünə 4 gün qalmış Kideyə gedən Bayden ölkə başçısı Volodimir Zelenski tərəfindən qarşılanıb. Daha sonra hər iki ölkə başçısı görüşdən sonra birgə mətbuat konfrasında çıxış edərək açıqlamalar veriblər.
“Bir ildən sonra Kiyev ayaqdadır, Ukrayna ayaqdadır, demokratiya ayaqdadır! Amerikalılar yanınızdadır. Dünya sizinlə birlikdədir”, - deyə Bayden vurğulayıb.
Daha sonra Atlantikdən Sakit okeana, NATO-dan Atlantikə, Yaponiyadan Sakit okeana qədər dünyanın hər yerindən millətlərdən ibarət koalisiya qurduqlarını ifadə edən Bayden, Ukraynaya iqtisadi, hərbi və humanitar dəstək verdiklərini qeyd edib.
Bayden Ukraynanın müdafiəsi üçün 50-dən çox ölkənin 700-ə yaxın tank, minlərlə zirehli texnika, 1000 artilleriya sistemi, 2 milyondan çox artilleriya döyüş sursatı, 50-dən çox raket və hava hücumundan müdafiə sistemləri verdiklərini xatırladıb və yaxın günlərdə daha yarım milyard dollar hərbi yardım paketi veriləcəyini elan edib:
“Nə qədər davam edərsə etsin, Rusiyaya qarşı azadlıq üçün savaşmağa dəyər”, - sonda Bayden fikrini bu şəkildə tamamlayıb.
QAZİLER.AZ