Suriyanın Haseke şəhərində ard-arda iki terror aktı törədilib.
APA TV-nin verdiyi məlumata görə, 20 nəfər ölüb. Hadisənin İŞİD qruplaşması tərəfindən törədildiyi dəqiqləşdirilib. Partlayışlardan biri kürd silahlı qruplaşmasının qərargahı, digəri isə milli müdafiə qüvvələrinin binası qarşısında həyata keçirilib. Hər iki partlayışı terrorçu-kamikadzelər törədiblər. Terror aktları nəticəsində yaralı sayı 70-i keçib. Ölənlərin və xəsarət alanların əksəriyyəti dinc sakinlərdir.