Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Baydenin Kiyevə səfərindən ABŞ və Ukrayna prezidentləri məmnundur.
Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, Kulebanın fikrincə, BU səfəri HƏM qələbə adlandırmaq, həm də Kreml üçün "bataqlığa siqnal" kimi dəyərləndirmək olar.
Kuleba Baydenin Kiyevə səfərini tarixi adlandırıb və bunun Ukraynanın qələbəsi olduğunu qeyd edib.
"Belə deyim: hər iki prezident söhbətdən məmnundur. Görüşün atmosferi maksimal dərəcədə inamlı və səmimidir. Bu səfər Ukrayna xalqının və prezident Zelenskinin qələbəsidir. Bu, Ukraynanın və bütün azad dünyanın qələbəsi naminə həyata keçirilib. Bataqlığa açıq siqnal - heç kim sizdən qorxmur!" - Dmitri Kuleba vurğulayıb.
QAZİLER.AZ