Şahzadə Salman Ər-Riyadda “Kəbə bənzər”i meqa-şəhər tikir - Səudiyyəlilər narazıdır

Şahzadə Salman Ər-Riyadda “Kəbə bənzər”i meqa-şəhər tikir -  Səudiyyəlilər narazıdır backend

Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda "Kəbə bənzəri" bir meqapolis inşa ediləcək.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, sosia-media istifadəçiləri inşasının 2030-cu ildə başa çatdırılması nəzərdə tutulan və "Mukaab" adı verilən meqapolisə:" Yeni bir əyləncə qibləsi yaratmaq istəyirlər?", - deyə sərt reaksiya veriblər.

Səudiyyə Ərəbistanında bu günlərdə ən çox danışılan və mübahisəli məsələlərdən biri də paytaxt Ər-Riyadda qurulması planlaşdırılan və “dünyanın ən böyük müasir şəhər mərkəzi” adlandırılan Kəbəyə bənzər meqastrukturdur.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ötən cümə axşamı paytaxt Ər-Riyad üçün özünün son tarixi memarlıq planını açıqlayıb. Tarixi memarlıq planında ən çox diqqət çəkən məqam İslamın ən müqəddəs yeri olan Kəbəyə çox oxşar olan böyük kub şəkilli meqa strukturudur.

QAZİLER.AZ

 

 

Diaspora