Almaniyanın "Liebherr" tikinti şirkəti Məkkədə qaldırıcı kranın aşmasının səbəblərini aydınlaşdırmaq üçün hadisə yerinə mütəxəssis göndərib. APA TV-nin məlumatına görə, o, Məkkədəki digər ekspertlərlə birlikdə qəzanın təfərrüatını üzə çıxarmağa çalışacaq. Bunun üçün bir neçə həftəyə ehtiyac var.
LR-11350 tipli qaldırıcı kran Almaniyanın Ehingen şəhərində istehsal olunur. O, 350 tonadək yüklərin qaldırılması üçün nəzərdə tutulub."Liebherr" şirkətindən bildirilib ki, bu model 2006-cı ildən istehsal olunur və cəmi 30 ədəd hazırlanıb. İndiyədək bu kranlarla bağlı 3 qəza qeydə alınıb. Lakin şirkət iddia edir ki, qəzalardan heç birində texniki səbəb olmayıb.
Xatırladaq ki, Məkkədə qaldırıcı kranın aşması nəticəsində 107 nəfər ölüb, 238 zəvvar yaralanıb.