Diyarbakırda PKK-çılar tərəfindən polis maşınına atılması planlaşdırılan raket çay evinə düşüb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Bağlar mahalı, Cemioğlu prospektidə baş verib, 3 vətəndaş yaralanıb.
Şəhərdə yaşanan hadisələr səbəbiylə çay evində çox insan olmayıb.
Hadisə yerinə çoxlu sayda polis sövq edilib. Polis qrupları ətrafda təhlükəsizlik tədbirləri alaraq hadisə yerində araşdırmalar aparmağa başlayıb.