“Ukrayna rəsmiləri ümid edirlər ki, döyüş təyyarələrinin tədarükü ilə bağlı qərar, nəhayət Münhen konfransında qəbul olunacaq”.
Qaziler.az xəbər verir ki, bu barədə alman politoloq Aleksandr Rar “NEWS.ru”ya müsahibəsində bildirib. Onun sözlərinə görə, artıq Münhendə belə söhbətlər gedir və Kiyevə təyyarələrdən əlavə təkcə uzaqmənzilli raketlər deyil, həm də sualtı qayıq lazım idi:
“Ukraynanın niyə sualtı qayığa ehtiyacı ola biləcəyi tamamilə anlaşılmazdır”, - Rar etiraf edib.
“Hətta Ukraynaya sualtı qayıq vermək təklifi də var idi. Maraqlıdır, o, Qara dənizə - Bosfor boğazından necə keçəcək? Tutaq ki, kiçik sualtı qayıq boğazdan keçib, bəs bundan sonra nə olacaq? Rusiya Federasiyasının Qara Dəniz Donanması ilə döyüşəcəkmi? Bu, hər cür dəlilikdir. Kimin ağlına gələrdi ki, cəmi bir ildən sonra dünya görünməmiş şəkildə dəyişəcək!”, - alman politoloq təəccübünü gizlədə bilməyib.
QAZİLER.AZ