Ukrayna prezidenti Volodimir Zelenski Münhen konfransında çıxışı zamanı Rusiya ilə münaqişəni bibliya personajları David və Qoliafın döyüşü ilə müqayisə edib.
Qaziler.az “new.ru”ya istinadla xəbər verir ki, o, hekayəsini Ukraynanın daha çox silaha ehtiyacı olması ilə yekunlaşdırıb.
Ukrayna lideri İsrailin "David's Sling" raket sistemini də xatırladıb və gələcəkdə Kiyevin hava hücumundan müdafiə sistemi alacağına əminliyini bildirib:
“Davud Qoliafı danışıqların gücü ilə deyil, hərəkətlərinin gücü ilə məğlub etdi. Öz cəsarəti və sapandı ilə... Bizim kifayət qədər cəsarətimiz, eləcə də bütün koalisiyamız var. Bu o deməkdir ki, “sling” indi daha da güclənməlidir”, - deyə Zelenski bildirib.
QAZİLER.AZ