Birləşmiş Ştatların Missisipi ştatının Klivlend şəhərində yerləşən Delta Dövlət Universitetinin ərazisində atışma baş verib.
Lent.az-ın xəbərinə görə, insident nəticəsində bir nəfər ölüb.
İlkin məlumatlara görə, ölən şəxs universitetdə dərs deyən professorlardan biridir. Atışmanın baş verdiyi şəhərcik insidentdən sonra hüquq mühafizəçiləri tərəfindən dövrəyə alınıb. Tələbə və müəllim heyəti təxliyə edilib.
Ölən şəxs Tarix şöbəsində işləyən İtan Şmidt kimi eyniləşdirilib. Polis atəş açan şəxsi axtarışa verib və şübhəli şəxs qismində həmin universitetdə işləyən coğrafiya üzrə professor Şennon Lembin adını elan edib.