Putin Rüstəm Muradovun rütbəsini artırdı

Putin Rüstəm Muradovun  rütbəsini artırdı backend

Rusiya prezidenti Vladimir Putin Qərb Hərbi Dairəsinin komandanı Yevgeni Nikiforova, eləcə də Şərq Hərbi Dairəsinin komandanı Rüstəm Muradova general-polkovnik rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Qaziler.az “news.ru”ya istinadla xəbər verir ki, sənəd hüquqi informasiyaların internet portalında dərc olunub.

Məlumatda qeyd edilib ki, general-polkovnik rütbəsi Rusiya Silahlı Qüvvələrinin Əlahiddə Ümumqoşun Ordu Akademiyasının rəisi Aleksandr Romançuka və RF Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyası rəisinin birinci müavini Oleq Makareviçə də verilib.

Sərəncama əsasən, onlarla hərbi qulluqçu və hüquq-mühafizə orqanlarının əməkdaşılarının rütbəsi yüksəldilib.

QAZİLER.AZ

Diaspora