Qaziantepdə axtarış-xilasetmə işləri davam edərkən xilasedicilər dağıntılar altından çıxardıqları bir nəfərin yanında pul tapıblar.
Qaziler.az “ensonhaber.com”a istinadla xəbər verir ki, xilasedicilər pulları çıxartmağa başladıqları andan etibarən mobil telefonla görüntüləri kameranın yaddaşına alıblar. Tapılan pulları isə qara bir çantaya yığaraq polisə veriblər.
Qaziantep Böyükşəhər Bələdiyyəsinin səlahiyyətli şəxsləri belə hallarla tez-tez qarşılaşdıqlarını, tapılan pul və dəyərli əşyaları mal sahiblərinə təslim etdiklərini bildiriblər.
QAZİLER.AZ