Ukrayna, Aİ və NATO ilk dəfə olaraq üçtərəfli görüş keçirəcək

Ukrayna, Aİ və NATO ilk dəfə olaraq üçtərəfli görüş keçirəcək backend

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba, NATO-nun baş katibi Yens Stoltenberq və Aİ-nin baş diplomatı Josep Borrell fevralın 21-də Brüsseldə görüşməlidirlər.

Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə NATO-nun mətbuat xidməti xəbər verir.

Üçtərəfli görüş səhər saatlarında NATO-nun mənzil-qərargahında baş tutmalıdır. Bundan sonra saat 12:45-də siyasətçilərin birgə mətbuat konfransı nəzərdə tutulub.

Kuleba bildirib ki, bu, Ukrayna, NATO və Aİ nümayəndələrinin belə formatda ilk görüşü olacaq.

QAZİLER.AZ

Diaspora