Norveç silahlı qüvvələrinin başçısı general Eirik Kristoffersen Ukraynanın müharibədə hərbi qələbəsinə inanmır.
Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, o, bu barədə Norveç mətbuatına müsahibəsində deyib.
Kristoffersen Ukraynanın Rusiya Federasiyası üzərində hərbi qələbə qazana biləcəyi ilə bağlı ehtimalları real hesab etmir.
"Düşünürəm ki, bu münaqişənin hərbi yolla həlli yoxdur. Tərəflərin bir-birini məğlub etməsi çox uzun vaxt aparacaq və bu, onların xalqları üçün dəhşətli dərəcədə baha başa gələcək", - deyə o, vurğulayıb.
QAZİLER.AZ