Slovakiya Rusiyanı terrorizmin sponsoru kimi tanıdı

Slovakiya Rusiyanı terrorizmin sponsoru kimi tanıdı backend

Slovakiya hakimiyyəti Rusiya Federasiyasını terrorizmin sponsoru kimi tanıyıb.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, ölkənin Milli Şurası Rusiyanın başlatdığı müharibəni bir daha pisləyib və Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Həmçinin, fevralın 16-da ölkə deputatları Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəsini, mülki obyektlərə və enerji infrastrukturuna hücumlarını pisləyən qətnamə qəbul ediblər. Sənəddə Rusiya rejiminin terrorçu olduğu, Rusiya Federasiyasının isə terroru himayə edən dövlət olduğu bildirilib.

QAZİLER.AZ

Diaspora