Macarıstan sərhədləri bağlandı

Macarıstan sərhədləri bağlandı backend

Macarıstan Serbiya ilə sərhədlərin hasarlanması işlərini tamamlayıb. Sərhədə çəkilən tikanlı məftillə əhatə olunmuş hasarın uzunluğu 175 kilometr təşkil edir.


Lent.az-ın məlumatına görə, sərhədlər bağlandıqdan sonra macar hökumətinin mühacirlər və sərhədlərə nəzarətlə bağlı yeni qanun layihəsi qəbul edəcəyi gözlənilir.

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, bu gündən etibarən yeni qaydalar əsasında, Macarıstan sərhədlərinə nəzarəti gücləndirmək mümkün olacaq: "Artıq Macarıstan sərhədlərini qanunsuz yolla keçən şəxslərə qarşı cinayət işi açılacaq və onlar ölkə xaricinə deportasiya olunacaqlar”

Reske şəhəri Serbiyadan Macarıstan keçmək üçün mühacirlərin sonuncu açıq qapısı idi. Lakin bu qapılar da artıq bağlandı və bununla mühacirlərin şengen ölkələrinə getmək ümidləri, demək olar ki, tükənib.

Son bir neçə gündə mühacirlər sərhədlər bağlanmamış Macarıstana keçmək üçün, sanki, yarışa girmişdilər. Bu gündən etibarən mühacirlər təkcə rəsmi müraciət əsasında bu ölkədə sığınacaq əldə edə bilirlər.
Diaspora