Ötən gecə “Türkiyə tək ürək” kampaniyası çərçivəsində başladılan yardım aksiyasına Albaniyanın Baş naziri Edi Rama da qoşulub.
Qaziler.az “ensonhaber.com”a istinadla xəbər verir ki, Baş nazir canlı efirə qoşularaq 20 milyon lirə (1 milyon avro) ianə etdiklərini açıqlayıb.
“Əlimizdən gələn yardımı etmək üçün xilasedicilərimizi və əsgərlərimizi bölgəyə göndərdik. Bilirik ki, biz kiçik bir ölkəyik, amma 2019-cu ildə Albaniyada baş verən zəlzələdə Türkiyənin və prezident Rəcəb Tayyib Ərdoğanın bizim üçün etdiklərini unutmadıq. Türk xalqını dəstəkləmək üçün əlimizdən gələni etməyə hazırıq”, - deyə Edi Rama fikirlərini türk xalqına çatdırıb.
QAZİLER.AZ