NATO alyans üzvlərindən daha çox pul tələb edəcək

NATO alyans üzvlərindən daha çox  pul tələb edəcək backend

“Bəzi NATO ölkələri bu yay müdafiə xərclərini ÜDM-nin 2%-dən çox artırmaq qərarına gələ bilər”.

Qaziler.az “RİA Novosti”yə istinadl xəbər verir ki, bu barədə Macarıstanın müdafiə naziri Krystof Szalai-Bobrovnicki Brüsseldə NATO müdafiə nazirlərinin görüşündən sonra bildirib.O qeyd edib ki, Macarıstan da bu Avropa dövlətlərinin sırasına daxildir.

“Macarıstan vicdanlı müttəfiqdir, çünki müəyyən edilmiş tarixdən bir il əvvəl müdafiə xərclərində ÜDM-in 2%-i səviyyəsinə çata bilər. Bir neçə müttəfiq ölkə bu səviyyəni daha da yüksəldəcək. Bu barədə qərar NATO-nun iyulda Vilnüsdə keçirilməsi planlaşdırılan sammitində qəbul edilə bilər”, - deyə nazir bildirib.

Fevralın 15-də Böyük Britaniyanın Müdafiə Nazirliyi Böyük Britaniya, Danimarka, İslandiya, Litva, Hollandiya və İsveçin Ukraynaya kömək məqsədilə beynəlxalq fonda 520 milyon funt sterlinq (630 milyon dollar) ianə etdiyini açıqlanıb. Departamentdən verilən məlumata görə, pul, xüsusən pilotsuz uçuş sistemlərinin tədarükünə, elektron müharibəyə və hava hücumundan müdafiəyə yönəldiləcək.

QAZİLER.AZ

Diaspora