Polşa qırıcılarını Ukraynaya niyə verə bilmədiyini açıqladı

Polşa qırıcılarını Ukraynaya niyə verə bilmədiyini  açıqladı backend

“Polşanın Ukrayna ilə paylaşmaq üçün çox az qırıcı təyyarəsi var”.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Mariuş Blaşçak deyib.

Eyni zamanda o, Varşavanın NATO ölkələri tərəfindən Ukrayna Silahlı Qüvvələrinə qırıcıların verilməsi ideyasını dəstəkləyini əlavə edib.

Mən vurğulamaq istəyirəm ki, Polşanın belə bir proqramda iştirak edə bilməyəcək qədər az miqdarda müasir qırıcıları var”,  agentlik polşalı nazirdən sitat gətirib.

O izah edib ki, hazırda Varşavada cəmi 48 F-16 qırıcısı var. Polşa səlahiyyətliləri Amerikanın “F-35” və Koreyanın “FA-50”lərini sifariş edib, lakin onların çatdırılması uzun müddət çəkə bilər.

QAZİLER.AZ

Diaspora