Təyyarə Adanaya Şakir Paşa hava limanına enəcək
Türkiyədə baş vermiş dəhşətli zəlzələdən zərərçəkmişlərə dəstək vermək məqsədiylə bir çox dövlətlər yardım gömdərdilər.
Bu gün Meksikadan 100 tonluq yardım gətirən təyyarə Filip Angeles hava limanından Türkiyəyə yola düşüb. Meksika Xarici işlər nazirliyindən bildirilib ki, yardım xalq tərəfindən Türkiyənin Meksikadakı səfirinin çağırışıyla toplanılıb. Onlar Türkiyənin çətin anında yardım etməyi özlərinə borc biliblər.
Təyyarə Adananın Şakir Paşa Hava Limanında yerə enəcək.
QAZİLER.AZ