Fevralın 20-22-də ABŞ prezidenti Co Baydenin Polşaya səfəri zamanı Ukrayna lideri Volodimir Zelenskinin də həmin ölkəyə gedəcəyi bildirilir.
Qaziler.az xəbər verir ki, bu barədə Polşanın “Dziennik Gazeta Prawna” nəşri məlumat verib. Polşa Xarici İşlər Nazirliyi hələlik məlumatı təsdiqləməyib.
Nəşr qeyd edib ki, Zelenski sülhə nail olmaq planını təqdim etməyə çalışacaq.
Bu, Zelenskinin Polşaya rəsmi tammiqyaslı səfəri olacaq.
QAZİLER.AZ