Onlardan 7 nəfər xilas edilib
Aralıq dənizində qeyri-qanuni miqrantların dramı davam edir. Birləşmiş Millətlər Təşkilatının (BMT) filialı olan Beynəlxalq Miqrasiya Təşkilatından (IOM) verilən açıqlamada, Liviyada qanunsuz miqrantları daşıyan gəminin batması və ən azı 73 miqrantın itkin düşdüyü haqda məlumat verilib. Qayıq qəzasından yalnız 7 nəfərin xilas edildiyini qeyd edən BMQT, Liviya Qızıl Aypara Cəmiyyəti və polis tərəfindən indiyədək 11 cəsədin çıxarıldığını bildirib.
Xatırlatma üçün bildirək ki, bu il 130-dan çox qeyri-qanuni miqrant Aralıq dənizi vasitəsilə Avropaya gedərkən həlak olub. BMQT bildirir ki, “İtkin düşən miqrantlar” layihəsi çərçivəsində keçən il 1450-dən çox qeyri-qanuni miqrant ölüb.
QAZİLER.AZ