"Qazaxstan Respublikasının Prezidenti haqqında" qanun fəaliyyətə başlayacaq

"Qazaxstan Respublikasının Prezidenti haqqında" qanun fəaliyyətə başlayacaq backend

Tokayev Nazarbayevin " Elbaşı" stutusunu ləğv etdi

 

Tokayev Nazarbayev və onun ailə üzvlərinə imtiyazlar verən qanunun ləğvini dəstəkləyib. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev birinci dövlət başçısı Nursultan Nazarbayevin “elbaşı” (millət lideri) statusundan məhrum edilməsinə dair imtiyazlar haqqında qanunun ləğvini dəstəkləyib.

Yeni qaydalara əsasən, ölkənin bütün keçmiş prezidentlərinin statusu məsələlərini tənzimləyən “Qazaxıstan Respublikasının Prezidenti haqqında” qanun qüvvəyə minəcək.

Nazarbayevin xüsusi mühafizə bölməsi və ştatlı ofis daxil olmaqla heç bir xüsusi statusu olmayacaq. Bununla belə, birinci dövlət başçısı yeni qanunda nəzərdə tutulmuş mənzili və dövlətdən ona verilmiş bağ evini, həmçinin sürücüsü olan avtomobili saxlayacaq.

Xatırladaq ki, Nursultan Nazarbayev 2019-cu ilin martında istefa verdiyini bildirmişdi. Buna qədər o, 30 ildən artıq Qazaxıstan prezidenti vəzifəsində çalışıb. Bununla yanaşı Nazarbayev ilk prezident və elbaşın xüsusi statusunun sahibi kimi yenidən bölüşdürülmüş imtiyazları saxlayıb.

Bundan əlavə, Nursultan Nazarbayev fəxri senator statusu alıb və bundan əvvəl Qazaxıstan parlamentinin yuxarı palatasının bütün deputatları yekdilliklə səs veriblər. Lakin ölkə mətbuatının verdiyi məlumata görə,  bu ilin yanvarında Nazarbayev parlamentin reqlamentindən sadəcə olaraq çıxarılan bu statusdan məhrum edilib.

QAZİLER.AZ

Diaspora