Çin eksperimental telekommunikasiya peykini uğurla orbitə buraxıb. İKT.lent.az-ın “TASS”a istinadən xəbərinə görə, peykdən genişzolaqlı rabitə texnologiyasının “Ka” diapazonunda sınaqlarının keçirilməsi üçün istifadəsi planlaşdırılır.
Peyk “Changzheng 3B” raketdaşıyıcısı ilə yerli vaxtla saat 11:42-də Sıçuan əyalətinin cənub-qərbində yerləşən Siçan kosmodromundan buraxılıb.“Ka” diapazonu 26,5-40 QHs tezliklərində elektromaqnit dalğalarını əhatə edir. Diapazondan əsasən peyk radiorabitəsi və radiolokasiyası üçün istifadə edilir.