"COVID-19 pandemiyası Rusiyada pensiyaçıların sayının azalmasına güclü təsir edib".
Qaziler.az “News.ru”ya istinadla xəbər verir ki, bu fikirləri rusiyalı demoqraf Aleksandr Sinelnikov bildirib.
O, koronavirus və onun nəticələrindən dünyasını dəyişənlərin əksəriyyətinin yaşlılar təşkil etdiyini vurğulayıb. Bundan əlavə, ekspert qeyd edib ki, pensiyaçıların sayının azalmasına pensiya yaşının artırılması da təsir edib.
“Azalma daha çox pensiyaçılar arasında ölüm hallarının artması ilə bağlıdır. Koronavirus və onun fəsadlarından dünyasını dəyişənlərin böyük əksəriyyəti yaşlılardır. Bundan əlavə, pandemiya zamanı digər xəstəliklərdən ölənlərin sayı artıb, çünki əksər xəstələr, həmçinin yaşlılar koronavirus infeksiyasından qorxaraq xəstəxanalara və klinikalara müraciət etmirdilər”, Sinelnikov qeyd edib.
QAZİLER.AZ