Moldova Respublikasının hava məkanı bağlıdır.
Qaziler.az xəbər verir ki, bu barədə “Air Moldova”nın “facebook” səhifəsində məlumat verilib.
Bağlanmanın səbəbləri açıqlanmır və hava limanında və ya təyyarənin göyərtəsində olanlara sakit qalmaq və hava limanının məlumat panellərini onlayn izləmək tövsiyə olunur.
“Hörmətli sərnişinlər, hazırda Moldova Respublikasının hava məkanı bağlıdır, biz uçuşların bərpasını gözləyirik”, mesajda deyilir.
QAZİLER.AZ