Şimali Koreya lideri Kim Çen Indan qəribə qadağa

Şimali Koreya lideri Kim Çen Indan  qəribə qadağa backend

Şimali Koreya qızlara Kim Çen Inın qızı Ju Ae ilə eyni adı daşımağı qadağan edib.

Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, ölkənin səlahiyyətli şəxsləri valideynlərdən qızlarının adını təcili olaraq dəyişdirməyi tələb edib.

Dünya mətbuatı ballistik raket sınaqları və anti-amerikan mövqeyi ilə tanınan Şimali Koreya prezidenti Kim Çen Inın "qəribə!" qadağasından danışır.

“Azad Asiya” radiosunun məlumatına görə, Şimali Koreya hakimiyyəti valideynlərə xəbərdarlıq edib ki, qızlarına prezident Kim Çen Inın qızının adını “Ju Ae” qoymasınlar, əgər qoysalar dərhal dəyişdirsinlər.

Mənbə qeyd edib ki, artıq iki şəhərdə yerli hökumət eni adı daşıyan qadınlara doğum şəhadətnamələrini dəyişdirmək üçün göstəriş verib.

QAZİLER.AZ

Diaspora